Azərbaycanda son günlər kənd yumurtasının qiymətində artım müşahidə olunur.
Gundelik.az xəbər verir ki, kəndlərdə birbaşa istehsalçılardan 25-28 qəpiyə alınan yumurtanın bir ədədinin qiyməti bazarlarda 40-50 qəpiyə satılır.
Mütəxəssislər bunun səbəbini belə izah edirlər ki, kəndlərdə yumurta istehsalı azalıb, bazarlarda isə yaranmış fürsətdən istifadə edilərək qiymətlər süni şəkildə yüksəldilir.
