Pakistanın Peşəvar şəhərində özəl məktəbin damının uçması nəticəsində 32 şagird də daxil olmaqla 34 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Bu barədə Gundelik.az “Dawn” qəzetinə istinadən xəbər verir.
Peşavarın Afridi Abad bölgəsindəki özəl məktəbin damı şagirdlər sinif otaqlarında olarkən uçub. Səlahiyyətlilər həmçinin dağıntılar altında qalan tələbələrin xilas edilməsi işlərinin başa çatdığını və ərazidə başqa yaralıların olmadığını bildiriblər.
