Azərbaycanlı reper Navai Qazaxıstanda narkotik qaçaqmalçılığı ilə bağlı açılan cinayət işində günahkar olmadığını bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Musiqiçi hazırda müvəqqəti saxlama təcridxanasında yerləşdirilib. Onun barəsində iki aylıq həbs qərarı qəbul edilib.
Xəbərdə bildirilir ki, oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada Navainin böyük solo konserti – payızın ən çox gözlənilən musiqi hadisələrindən biri baş tutmalı idi. Lakin tədbirə dörd saat qalmış bilet satışı üzrə operator konsertin “texniki səbəblərdən” ləğv olunduğunu elan edib. Tamaşaçılara bilet pullarını aldıqları platformalar vasitəsilə geri qaytarmaq təklif olunub. Həmçinin, oktyabrın 16-da Moldovada keçirilməsi planlaşdırılan konsertin də dekabrın 8-nə təxirə salındığı diqqət çəkib.
