ABŞ Prezidenti Donald Tramp İrana yenidən göz dağı verərək: “İrana nə edəcəyimizi görənədək gözləyin. Onlara ağır bir zərbə endirəcəyik. Bir növ artıq səbrimiz daşdı. Əslində bilirsiniz, səbrimiz tamamilə tükəndi” — deyib. ABŞ Prezidenti Tramp Alyaska ştatının Vasilla şəhərində keçirilən aralıq seçki mitinqində İranla yaşanan hərbi gərginlik haqqında bəyanatlarla çıxış edib. İranın çox çətin və bir çox cəhətdən pis bir ölkə olduğunu deyən Tramp: “Onlar dünyanın harasında olursa olsun, terrorun bir nömrəli dövlət sponsorudur. Nüvə silahına sahib olmalarına 2 həftə qalmışdı” — ifadələrini işlədib.
İran mənbəli nüvə təhdidinin daha əvvəl aradan qaldırıla biləcəyini, lakin keçmiş ABŞ prezidentlərinin bunu etmədiyini bildirən Tramp: “Onlara milyardlarla dollar verən Barak Obama tərəfindən bu, çox uzun zaman əvvəl dayandırılmalı idi. Xatırlayın, İrana nağd şəkildə 1,7 milyard dollar verdi. Bir Boeing 757-ni nağd pulla doldurub oraya göndərdilər. O pula nə olduğunu maraq edirəm. Bu adamların təyyarəni gördüklərindəki halını təsəvvür edə bilirsinizmi? Buna əlavə olaraq İrana on milyardlarla dollar ödədilər və İran nə etdi bilirsinizmi? Pulu raketlər və nüvə silahları inkfşaf etdirmək üçün istifadə etdi. Yəni digər prezidentlər də mənim etdiyimi etməli idilər” — şəklində danışıb.
“MÜHARİBƏ ÇOX YAXINDA BİTƏCƏK”
İranın 51 ildən bəri Yaxın Şərqin xulqanı kimi davrandığını iddia edən Tramp: “Amma artıq Yaxın Şərqin xulqanı deyillər. Bu müharibə çox yaxında bitəcək” — deyib. Həyata keçirdikləri zərbələrlə İrana çox böyük bir zərbə endirdiklərini qeyd edən Tramp: “Hərbi dəniz qüvvələri yoxdur. Hərbi hava qüvvələri yoxdur. Zenit qurğuları yoxdur. Heç nəyə sahib deyillər. Sahib olduqları tək şey inflyasiyadır. Dünyadakı ölkələr arasında ən yüksək inflyasiyaya sahibdirlər. Pulları yoxdur. Hərbçilərinə maaş ödəmirlər. Təhlükəsizlik qüvvələrinə maaş ödəmirlər. Polislərinə maaş ödəmirlər” — deyə danışıb. İran müharibəsinin qısa müddət ərzində bitəcəyini yenidən vurğulayan Tramp: “İran nüvə silahına sahib ola bilməyəcək. Əgər bəla görmək istəyirsinizsə, nüvə silahına sahib olmalarına icazə verin. Bax o zaman həqiqi bəlanı görərsiniz” — deyib.
“HÖRMÜZ BOĞAZINI AÇDIQ VƏ BİZ NƏZARƏT EDİRİK”
Tramp İran müharibəsi səbəbindən artan neft qiymətləri ilə bağlı tənqidlərə də toxunub. Neft qiymətlərinin təxmin etdiyindən daha aşağı səviyyədə olduğunu ifadə edən Tramp: “Amma bilirsiniz, Hörmüz boğazını açdıq. Oradan müharibədən əvvəl keçəndən daha çox neft keçir. İnanın ya da inanmayın, boğaza biz nəzarət edirik” — ifadələrini işlədib. Tramp enerji qiymətlərində yaşanan tərəddüdlərin “İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ödəniləcək kiçik bir bədəl” kimi görülməli olduğunun vurğulayıb.
“SƏBRİMİZ TÜKƏNDİ”
Çıxışında İrana göz dağı verən Tramp: “İrana nə edəcəyimizi görənədək gözləyin. Onlara ağır bir zərbə endirəcəyik. Bir növ artıq səbrimiz daşdı. Əslində bilirsiniz, səbrimiz tamamilə tükəndi” — ifadələrini işlədib. Bunun bir əhəmiyyətinin olmadığını deyən Tramp: “Əsas əhəmiyyətli olan nüvə silahına sahib olmamalarıdır və ola da bilməyəcəklər” — ifadələrini işlədib. İranın nüvə silahına sahib olma ehtimalını bu ölkənin müvafiq obyektlərinə qarşı ağır bombardmanlarla aradan qaldırdıqlarını ima edən Tramp: “Bu ehtimal minlərlə ton qayanın altına basdırıldı” — deyə danışıb.
Hazırladı:İsgəndərova Zəhra
Gundelik.az