Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin marketinq proseslərinə inteqrasiyası və istehlakçı davranışlarının dəyişməsi bizneslər qarşısında yeni tələblər yaradır. 2027-ci ildə şirkətlərin rəqəmsal marketinq fəaliyyətində əsas məqsədi yalnız sosial mediada görünürlük əldə etmək deyil, bu görünürlüğü real müştəri marağına, satışlara və uzunmüddətli müştəri münasibətlərinə çevirmək olmalıdır.
Marketinq üzrə mütəxəssis, rəqəmsal marketinq mütəxəssisi və müstəqil məsləhətçi Türkel İbadov 2027-ci ildə rəqəmsal marketinq sahəsində bizneslərin diqqət etməli olduğu əsas trendlərlə bağlı Gundelik.az-a açıqlama verib.
Onun sözlərinə görə, süni intellektin inkişafı, istehlakçı davranışlarının dəyişməsi və rəqəmsal platformaların yenilənməsi bizneslərdən marketinq strategiyalarına daha çevik yanaşma tələb edir.
“2027-ci ildə bizneslər üçün əsas məsələ sadəcə sosial mediada görünmək və daha çox reklam vermək olmayacaq. Əsas məqsəd düzgün auditoriyaya çatmaq, müştəri etibarını qazanmaq və marketinq fəaliyyətini real nəticələrə çevirməkdir. Süni intellekt kontent hazırlanması, reklamların optimallaşdırılması və məlumatların təhlili baxımından bizneslərə geniş imkanlar yaradır. Lakin texnologiyadan istifadə etmək kifayət deyil. Əsas məsələ ondan düzgün yararlanmaq və insan amilini qorumaqdır. Digər mühüm istiqamət keyfiyyətli kontent və rəqəmsal görünürlükdür. Bizneslər yalnız paylaşım sayını artırmağa deyil, auditoriyanın suallarına cavab verən, fayda yaradan və etibar formalaşdıran məzmun hazırlamağa üstünlük verməlidirlər. Reklam nəticələrini də yalnız baxış və klik sayı ilə qiymətləndirmək doğru deyil. Satışa çevrilmə faizi, müştəri cəlbetmə xərci və reklam büdcəsinin gəlirliliyi kimi göstəricilər nəzərə alınmalıdır. Hesab edirəm ki, 2027-ci ildə rəqabət üstünlüyü marketinq alətlərinin sayından deyil, onların nə dərəcədə düzgün və məqsədyönlü tətbiqindən asılı olacaq”, – deyə həmsöhbətim vurğulayıb.
Ekspertin fikrincə, bizneslər rəqəmsal marketinqi yalnız reklam xərci kimi deyil, uzunmüddətli inkişafı dəstəkləyən strateji investisiya kimi qiymətləndirməlidirlər.
“2027-ci ildə rəqəmsal marketinq sahəsində uğur qazanmaq istəyən bizneslər texnoloji yenilikləri izləməklə yanaşı, marketinqin əsas prinsiplərini də unutmamalıdırlar. Süni intellekt, SEO, fərdiləşdirilmiş kommunikasiya, keyfiyyətli kontent və nəticələrin ölçülməsi bir-birindən ayrı deyil, vahid strategiyanın tərkib hissələri kimi nəzərdən keçirilməlidir. Türkəl İbadovun ekspert mövqeyini ifadə edən bu yanaşmaya görə, bizneslər üçün əsas məsələ mümkün qədər çox marketinq alətindən istifadə etmək deyil, doğru auditoriyaya uyğun mesajla çatmaq, müştəri etibarını qazanmaq və marketinq fəaliyyətinin real biznes nəticələrinə təsirini ölçməkdir. Qarşıdakı dövrdə davamlı inkişafı hədəfləyən şirkətlər marketinqi sadəcə reklam xərci kimi deyil, biznesin strateji inkişafına xidmət edən investisiya kimi qiymətləndirməlidirlər”, – deyə o qeyd edib.
Nurəddin Abdullayev
Gundelik.az
