Oktyabr 16, 2026
Baku
Dünya Xəbərlər

50 yaşlı universitet müəllimi oteldə ölü tapıldı – SƏBƏB

Nigeriyada Ambrouz Alli Universitetinin baş müəllimi 21 yaşlı qızla cinsi əlaqədən sonra həyatını itirib.

Gundelik.az xəbər verir ki, bu barədə “GhanaWeb” nəşri məlumat yayıb.

Tibb fakültəsində çalışan 50 yaşlı Metyu Uvuigbe oktyabrın 4-də Edo ştatının Ekpoma şəhərində yerləşən otel otağında ölü vəziyyətdə aşkarlanıb. Ona tibbi yardım göstərmək mümkün olmayıb. Məlum olub ki, kişi otelə yerləşdikdən sonra seks işçisinin xidmətindən istifadə edib.

Axşam saat 20:00 radələrində Uvuigbe qızdan yemək və içki almaq üçün bayıra çıxmasını istəyib. Qız geri qayıdanda isə kişinin artıq həyat əlamətləri göstərmədiyini görüb.

Polis hadisə ilə əlaqədar qızı, həmçinin otelin sahibini və menecerini saxlayıb.

Universitet rəhbərliyi Uvuigbenin həqiqətən də ali təhsil müəssisəsinin əməkdaşı olduğunu təsdiqləyib. Bununla belə, onun seks işçisi ilə oteldə necə və hansı şəraitdə olması barədə şərh verməkdən imtina edib. Universitet administrasiyası qızın tələbə olmadığını vurğulayaraq müəllimin asudə vaxtını necə keçirməsinin onun şəxsi işi olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl Nigeriyada gömrük əməkdaşının da üç qadınla cinsi əlaqədən sonra öldüyü barədə məlumat yayılmışdı. Onun gecələmək üçün qadınlarla birlikdə qaldığı oteldə meyiti aşkarlanmışdı.

Nuri
Gundelik.az