Oktyabr 9, 2026
Baku
Ölkə Xəbərlər

Bakıda abadlıq və yenidənqurma layihəsinin davamına 9,2 milyon xərc planlaşdırılıb

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması işləri davam etdiriləcək.

Bu barədə Gundelik.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.

Belə ki, qurum sözügedən layihə-smeta sənədlərinin hazırlanmasının davam etdirilməsi ilə əlaqədar şirkət axtarışına çıxıb.

Sözügedən sənədlərin hazırlanmasına 9,2 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.