Oktyabr 2, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Tamam Bayatlı bp-də tutduğu vəzifədən ayrılıb – EKSKLÜZİV  

bp şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.

Gundelik.az-ın məlumatına görə, Tamam Bayatlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun vəzifəsinin icrası müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.

Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.