bp şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.
Gundelik.az-ın məlumatına görə, Tamam Bayatlı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun vəzifəsinin icrası müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.
Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

