Sentyabr 30, 2026
Baku
Dünya Xəbərlər

İstanbulluları bezdirən qoxu polisi hərəkətə keçirdi

İstanbulun Tuzla rayonunda Orta və Şifa məhəllələrində yaşayan sakinlərin pis qoxu ilə bağlı şikayətlərindən sonra araşdırma başladılıb.

Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qoxunun kanalizasiya xəttinə qanunsuz axıdılan tullantıdan qaynaqlandığı müəyyən edilib.

Qruplar ərazidə işə başladı

Tuzla bələdiyyə sədri Eren Ali Bingöl bildirib ki, Orta məhəllədə kanalizasiya xəttinə qanunsuz axıdılma faktı aşkarlanıb.

Qoxunun mənbəyinin müəyyənləşdirilməsi üçün bələdiyyə əməkdaşları və nəzarət qrupları ərazidə araşdırmalara başlayıb. Sakinlərdən daxil olan bütün məlumatların da qeydə alındığı bildirilib.

Polis axıdılmanın mənbəyini araşdırır

Qanunsuz axıdılmanı kimin və ya kimlərin həyata keçirdiyini müəyyənləşdirmək üçün polis əməkdaşları ilə birgə araşdırma aparılır.

Bingöl ilkin araşdırmaların nəticələrinə əsasən, tullantının kanalizasiya sistemi vasitəsilə Orta məhəllədən Şifa məhəlləsinə, oradan isə sahil xətti və İSKİ-nin təmizləyici qurğuları istiqamətində hərəkət etdiyinin ehtimal olunduğunu bildirib.

İSKİ-yə məlumat verildi

Bələdiyyə əməkdaşlarının ərazidə apardığı araşdırmalardan sonra İstanbul Su və Kanalizasiya İdarəsinə (İSKİ) də məlumat verilib.

Pis qoxuya səbəb olan qanunsuz axıdılmanın mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Nurəddin Abdullayev
Gundelik.az