Sentyabr 30, 2026
Baku
İdman Xəbərlər

Qızının xəstəliyini açıqladı: “Təəssüf ki, dərmanı yoxdur”

Türkiyənin tanınmış futbol mütəxəssisi Fatih Terimin qızı Buse Terim sosial media hesabında paylaşım edərək kiçik qızı Nilin koronavirusa yoluxduğunu açıqlayıb.

Simptomlar səbəbilə həkimə müraciət etdilər

Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, gündəlik həyatından paylaşımları ilə tanınan Buse Terim qızının bir neçə gündür yüngül hərarət, şiddətli sümük ağrısı, boğaz və qarın ağrısı, eləcə də başgicəllənmədən əziyyət çəkdiyini bildirib.

Bu əlamətlərdən sonra həkimə müraciət etdiklərini deyən Terim, aparılan testin nəticəsinin müsbət çıxdığını açıqlayıb.

“Hələ də Kovid var imiş, şok keçirdim”

Testin nəticəsini öyrənəndə təəccübləndiyini bildirən Buse Terim, 2026-cı ildə hələ də COVID-19-a yoluxma hallarının olduğunu eşidəndə kiçik bir şok yaşadığını deyib.

“Təəssüf ki, dərmanı yoxdur”

Buse Terim məktəblərdə də xəstəliklərin başladığını bildiyini, lakin ətrafında COVID-19-a yoluxan biri barədə eşitmədiyini söyləyib.

Həkimdən məlumat aldıqdan sonra COVID-19 hallarının hələ də çox olduğunu öyrəndiyini bildirən Terim, “Təəssüf ki, dərmanı yoxdur, ona görə də edə biləcəyimiz bir şey yoxdur. Edəcəyimiz tək şey onun bol-bol vitamin qəbul etməsidir”, – deyə qeyd edib.

Terim qızının cümə günündən etibarən məktəbə getmədiyini və məktəbin valideyn qrupundakı hər kəsi bu barədə məlumatlandırdığını bildirib.

O, xəstəlik hallarının bəzən gizlədildiyini gördüyünü və bunun düzgün olmadığını vurğulayıb.

Nurəddin Abdullayev
Gundelik.az