Sentyabr 29, 2026
Baku
Dünya Xəbərlər

“Ömrünü cinayətə həsr edib” dedirdən şübhəli bu dəfə yaxasını qurtara bilmədi

Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda mala zərər vurma, sələmçilik və silahla hədələmə kimi 60 ayrı cinayət üzrə axtarışda olan, barəsində 8 il 5 ay 29 gün müddətinə qəti həbs cəzası çıxarılmış 42 yaşlı M.Ş.N. jandarmanın keçirdiyi əməliyyatla saxlanılıb.

Gundelik.az Türkiyə mediaysına istinadən xəbər verir ki, İzmir İl Jandarma Komandanlığı əməkdaşları cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində apardıqları araşdırma zamanı 60 ayrı cinayət üzrə axtarışda olan şəxsin Səlcuq rayonunda gizləndiyi ünvanı müəyyən ediblər.

Bundan sonra Səlcuq Rayon Jandarma Komandanlığının Jandarma Cinayət Araşdırma Qrupu (JASAT) tərəfindən həmin ünvana əməliyyat keçirilib. Əməliyyat nəticəsində M.Ş.N. saxlanılıb.

Hazırda onun jandarmadakı istintaq və digər prosedur işlərinin davam etdiyi bildirilib.

Nurəddin Abdullayev
Gundelik.az