Sentyabr 29, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Fransada etirazlarda 164 nəfər saxlanılıb

Fransada lisey şagirdlərinin etirazları nəticəsində 180 təhsil müəssisəsi aksiyalardan təsirlənib, 164 nəfər saxlanılıb.

Gundelik.az RTL-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Laurent Nunez açıqlama verib.

Nazirin sözlərinə görə, ölkə üzrə 180 liseydə blokada və ya blokadaya cəhd qeydə alınıb. Polisin müdaxiləsi zamanı 164 nəfər saxlanılıb, təxminən 12 lisey şagirdi, 8 təhsil işçisi və 12 polis əməkdaşının xəsarət aldığı bildirilib.

Məlumata görə, sentyabrın 21-də Parisin cənub-şərqində yerləşən Kreteil şəhərindəki “Saint-Exupery” liseyində başlayan etirazların əsas səbəbləri arasında hökumətin təhsil siyasəti və sosial məsələlərlə bağlı narazılıqlar yer alır.