Hollivud ulduzu Angelina Jolie Los-Ancelesin Los Feliz bölgəsindəki tarixi malikanəsini 24,75 milyon dollara satıb.
Gundelik.az Türkiyə mediaysına istinadən xəbər verir ki, aktrisanın 2017-ci ildə Brad Pittdən ayrıldıqdan qısa müddət sonra aldığı mülkü may ayında 29,85 milyon dollara satışa çıxardığı bildirilir.
Təxminən 2 hektarlıq ərazidə yerləşən malikanənin əsas binasının sahəsi 1020 kvadratmetrdir. Jolie mülkü 2017-ci ildə 24,5 milyon dollara almışdı.
30 milyon dollara yaxın qiymətə satışa çıxarmışdı
Təxminən dörd ay davam edən satış prosesindən sonra malikanə ilkin qiymətindən 5,1 milyon dollar aşağı məbləğə satılıb.
Altı yataq otağı və 10 vanna otağı olan mülkdə kitabxana, idman zalı, şərab zirzəmisi, qonaq evi, hovuz evi və çay evi də var.
Hollivud tarixindən izlər daşıyır
Malikanənin keçmişi də diqqətçəkəndir. Mülkün bir vaxtlar əfsanəvi rejissor Cecil B. DeMilleə məxsus olduğu bildirilir. Qonşu evdə isə məşhur aktyor və rejissor Çarli Çaplinin yaşadığı, DeMillein daha sonra iki tikilini birləşdirdiyi qeyd olunur.
Los-Ancelesdən ayrılmağa hazırlaşır
Jolie daha əvvəl ən kiçik övladları 18 yaşına çatdıqdan sonra Los-Ancelesdən ayrılmaq istədiyini açıqlamışdı. Əkizləri Knox və Viviennein bu yay 18 yaşına çatması və malikanənin satışının tamamlanması aktrisanın bu planını yenidən gündəmə gətirib.
Jolienin bundan sonra beynəlxalq layihələrinə daha çox diqqət ayıracağı, övladlarını ziyarət edəcəyi və Kambocadakı evində daha çox vaxt keçirəcəyi bildirilir.
Nurəddin Abdullayev
Gundelik.az
