Sentyabr 21, 2026
Baku
Xəbərlər

Asiya Parlament Assambleyasının komitə iclasında

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev sentyabrın 22-də bu təşkilatın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcək.
Millət vəkili səfər çərçivəsində qurumun Bürosuna seçkilərdə, ümumi müzakirələrdə və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak edəcək. Səfər sentyabrın 27-də başa çatacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az