Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra – 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscid olmuşdur.
Gundelik.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Bu günədək artıq 12 məscid, – hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, – bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir”.
