Bu bayramı, əsasən, Uşaq Yaradıcılıq Mərkəzlərində, uşaq kitabxanalarında keçirirlər. Beynəlxalq Nöqtə Gününün tarixi ingilis rəssamı Piter Q.Reynoldsun 2003-cü ildə yazdığı “Nöqtə” kitabı ilə bağlıdır. Bu kitabda şəkil çəkməyi bacarmayan balaca qız haqqında danışılır. Daha doğrusu, qıza elə gəlir ki, o, şəkil çəkə bilmir. Rəsm dərsində Vaşti sadəcə kağızı nöqtələyirdi. Lakin müəllimə ondan şəkilin altında imzasını qoymağı xahiş edir və nöqtəni gözəl çərçivəyə salıb divardan asır. “Mən daha yaxşı çəkə bilərəm”, – deyə Vaşti qərara gəlir və məlum olur ki, bu, həqiqətən belədir.
Bu kitab çoxlu mükafatlar alır, Çikaqo kitabxanasının versiyası üzrə “İlin kitabı” seçilir və bir çox dillərə tərcümə olunur. 2009-cu ildə müəllim Terri Şey ilk dəfə Nöqtə Gününü qeyd edir. O gündən bəri Beynəlxalq Nöqtə Günü hər il qeyd olunur. Nöqtə günündə iştirak etmək üçün təsviri sənət studiyasında olmaq məcburi deyil. Kitabı satın almaq olar.
Layihənin saytında qeydiyyatdan keçdikdən sonra isə metodiki vəsaiti və hətta proyektor üçün “Nöqtə”ləri yükləmək olar. Öz nöqtənizdən başlayın! Ən yaradıcı fikirlərinizi və layihələrinizi həyata keçirin!
Gundelik.az
