Sentyabr 2, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb

Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) Baş katibinə Rusiya hava məkanında mülki aviadaşımalar üçün risklər barədə xəbərdarlıq məktubu göndərib.

Gundelik.az xəbər verir ki, müraciətdə Kiyev BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu həyata keçirərək, Rusiyanın hava hücumlarına cavab verməyə məcbur olduğunu vurğulayıb.

Ukrayna tərəfi ICAO-nu Rusiya ərazisi üzərində uçuşlar həyata keçirərkən, mülki aviasiya üçün artan riskləri nəzərə almağa çağırıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.