Sentyabr 2, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Ərdoğan Bişkekdə Putinlə görüşünü məhsuldar adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Rusiya lideri Vladimir Putinlə görüşünü məhsuldar və dostcasına adlandırıb.

Gundelik.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən ŞƏT+ sammitində iştirakından sonra bildirib.

“Cənab Putinlə ikitərəfli görüşümüz oldu. Görüş zamanı Rusiya ilə Ukrayna arasındakı inkişafları müzakirə etmək imkanı əldə etdik və görüş çox məhsuldar keçdi. Görüş çox səmimi bir atmosferdə keçdi”, – deyə o qeyd edib.