Yay tətilində gündəlik rejimin dəyişməsi yemək seçən uşaqlar üçün valideynlərin işini çətinləşdirir. Mütəxəssislər isə yemək zamanı təzyiq göstərmək əvəzinə, uşağa seçim imkanı verməyi və yeni qidaları dəfələrlə təqdim etməyi tövsiyə edirlər.
1. Tərəvəzləri fərqli formada təqdim edin
Uşaq tərəvəzi tək yemirsə, onu sevdiyi yeməklərə əlavə etmək olar. Məsələn, makaron sousuna tərəvəz qatmaq, tərəvəzli kotlet və ya nugget hazırlamaq mümkündür.
2. Uşağı boşqabındakı hər şeyi bitirməyə məcbur etməyin
Yeməyə məcbur etmək uşağın yeməyə qarşı mənfi münasibət formalaşdırmasına səbəb olur. Yemədiyi qidaları isə müəyyən aralıqlarla yenidən təklif etmək faydalıdır.
3. Yeni qidaları təkrar-təkrar təklif edin
Uşağın yeni bir qidanı qəbul etməsi üçün onu bir neçə dəfə sınaması lazım gəlir. Buna görə uşaq ilk dəfə imtina etdikdə həmin qidanı menyudan tamamilə çıxarmaq məsləhət deyil.
4. Birlikdə yemək yeyin
Uşaqlar valideynlərinin davranışlarını nümunə götürürlər. Ailə ilə birlikdə yemək yemək sağlam qidalanma vərdişlərinin formalaşmasına kömək edir. Uşağı yeməyin hazırlanmasına da cəlb etmək marağını artırır.
5. Sağlam qəlyanaltılara üstünlük verin
Yeməkdən əvvəl həddindən artıq qəlyanaltı uşağın əsas yeməyə olan iştahasını azaldır. Buna görə qəlyanaltıları məhdudlaşdırmaq və meyvə, alma, bibər kimi daha sağlam seçimlər təqdim etmək olar.
6. Porsiyaları böyük etməyin
Boşqabın həddindən artıq doldurulması uşağı yeməkdən uzaqlaşdırır. Kiçik porsiyalarla başlamaq və ehtiyac olduqda əlavə etmək daha yaxşı seçimdir.
Uşaqların müəyyən dövrlərdə seçici davranması olduqca yayğındır və bu vərdişlərin böyük hissəsi zamanla yaxşılaşır. Lakin uşaq qida çeşidini ciddi şəkildə məhdudlaşdırır, kifayət qədər yemir və ya sağlamlığına təsir edən problemlər yaranırsa, pediatr və ya qidalanma mütəxəssisindən məsləhət almaq lazımdır.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
