Kifayət qədər yatmamaq təkcə gün ərzində yorğunluq və diqqət dağınıqlığına səbəb olmur. Mütəxəssislər müntəzəm olaraq 6 saatdan az yatmağın ürəyin gecə ərzində lazımi qədər dincəlməsinə mane ola biləcəyini və uzun müddətdə yüksək təzyiq riskini artıra biləcəyini bildirirlər.
Yuxu zamanı ürək döyüntüsü və qan təzyiqi təbii olaraq azalır. Yuxunun qısa və ya tez-tez bölünməsi bu bərpa prosesinin tam baş verməsinə mane olur. Bundan əlavə, yuxusuzluq stress hormonlarının səviyyəsini artıraraq ürək döyüntüsünə və təzyiqə təsir göstərir.
Yuxunun keyfiyyəti də müddəti qədər vacibdir. Gecə tez-tez oyanmaq, yuxuya getməkdə çətinlik, xoruldama və yuxu apnesi kimi problemlər insan 7-8 saat yataqda qalsa belə, orqanizmin kifayət qədər dincəlməsinə mane olur.
Mütəxəssislər qeyd edirlər ki, yüksək təzyiq riskinə genetika, qidalanma, çəki, stress və fiziki aktivliklə yanaşı, yuxu rejimi də təsir edir.
Daimi olaraq 6 saatdan az yatan və səhərlər yorğun oyanan şəxslərə yuxu vərdişlərini nəzərdən keçirmək və lazım gəldikdə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Mənbə: CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
