Avqust 31, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Dünya bazarında qızıl ucuzlaşdı

Avqustun 19-dan etibarən ilk dəfə “Comex” birjasında qızıl füçerslərinin dəyəri bir trua unsiyası üçün 4 450 dollar səviyyəsindən aşağı enib.

Gundelik.az xəbər verir ki, bu göstəricilər ticarət platformasının açıqladığı rəqəmlərdə əksini tapıb.

Bakı vaxtı ilə 06:48-də qeydə alınan nəticələrə əsasən, qızıl 1.86% dəyər itirərək bir trua unsiyası üzrə 4 445.6 dollara qədər ucuzlaşıb.

Saat 06:59-da füçerslərin ucuzlaşma tempi səngiyib və bir trua unsiyasının qiyməti 4 472.4 dollar (-1.27%) səviyyəsində qərarlaşıb.