Avqust 28, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Nepalda daşqında ölənlərin sayı 538 nəfərə çatıb

Nepal-Çin sərhədində torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.

Gundelik.az-ın BBC-yə istinadən xəbərinə görə, bu barədə Nepalın dövlət qurumları məlumat yayıb.

Məlumata görə, 977 nəfər, o cümlədən 517 xarici vətəndaş itkin düşüb. 100-dən çox xarici vətəndaşın xilas edildiyi qeyd olunub.

Çin mediası ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayının 5 nəfər olduğunu bildirir.

Nepalın Çinin Tibet bölgəsi ilə sərhədində yerləşən su bəndi isə dağılıb.