Avqust 28, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Vestibulyar miqren nədir?

Baş gicəllənməsi hər zaman vertiqo demək deyil. Uzun müddət davam edən və təkrarlanan başgicəllənmələrin səbəbi vestibulyar miqren də ola bilər. Bu vəziyyət xalq arasında bəzən “ağrısız miqren” adlandırılır və baş ağrısı olmadan da ortaya çıxır.

Vestibulyar miqren zamanı insan:

özünün və ya ətrafın fırlandığını hiss edir;

sanki gəmidə yellənirmiş kimi olur;

yerin ayağının altından sürüşdüyünü düşünür;

yeriyərkən başını çevirdikdə ətrafın yelləndiyini hiss edir;

göz qaralması və tarazlıq problemi yaşayır.

Başgicəllənmə ilə yanaşı ürəkbulanma, qusma, işığa və səsə həssaslıq da müşahidə olunur. Tutmalar 5 dəqiqədən 72 saata qədər davam edir və təkrarlanır.

Vestibulyar miqren yalnız əvvəllər miqren baş ağrısı yaşayan insanlarda deyil, belə bir tarixçəsi olmayan şəxslərdə də yaranır.

Əgər başgicəllənmə uzun müddət davam edir, tez-tez təkrarlanır və gündəlik həyata mane olursa, xüsusilə də qulaq-burun-boğaz müayinəsində səbəb aşkarlanmayıbsa, nevroloji müayinə vacibdir. Dəqiq səbəbi müəyyənləşdirmək və uyğun müalicə almaq üçün həkimə müraciət etmək lazımdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az