Yay aylarında uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Uzun müddət oturmaq, xüsusilə risk qrupunda olan insanlarda ayaq damarlarında dərin ven trombozu (DVT) yaranmasına səbəb olur. Laxta qoparaq ağciyərlərə çatdıqda isə həyati təhlükəli ağciyər emboliyasına gətirib çıxarır.
Mütəxəssislərin sözlərinə görə, ümumilikdə 4 saat və daha uzun səfərlər risk faktoru hesab olunur. Lakin risk qrupunda olan şəxslərdə daha qısa müddətli hərəkətsizlik belə təhlükə yaradır.
Kimlər daha çox risk altındadır?
Yaşlı insanlar
Hamilələr
Xroniki ürək, böyrək və ağciyər xəstəliyi olanlar
Hərəkət məhdudiyyəti olanlar
Xərçəng xəstələri
Daha əvvəl tromboz və ya ağciyər emboliyası keçirənlər
Genetik laxtalanma pozğunluğu olanlar
Səfər zamanı nələrə diqqət etmək lazımdır?
Uzun yolçuluqlarda mümkün qədər hərəkət etmək, ayaqları uzun müddət eyni vəziyyətdə saxlamamaq və kifayət qədər su içmək tövsiyə olunur. Alkoqol maye itkisini artırır. Çay və qəhvə isə su ehtiyacını tam əvəz etmir.
Ən mühüm xəbərdarlıq əlamətləri: qəfil yaranan birtərəfli ayaq şişkinliyi, ağrı və qızartıdır. Bu əlamətlərə nəfəs darlığı, sinə ağrısı və qəfil tənəffüs çətinliyi qoşularsa, vaxt itirmədən təcili tibbi yardım alınmalıdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
