Avqust 26, 2026
Baku
Siyasət Xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Gundelik.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda 13 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.