Avqust 7, 2026
Baku
İdman Xəbərlər

“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində reallaşacaq “Sabah” və “Orhus” komandalarının cavab matçı öncəsi hakimlər briqadasında dəyişiklik baş verib.

Gundelik.az-ın məlumatına görə, qitə futbol qurumu ilk olaraq oyunu Joao Pineyronun başçılıq etdiyi portuqaliyalı hakimlərə həvalə etmişdi. Lakin sonradan UEFA bu təyinatı ləğv edərək fərqli addım atıb.

Matçda ədaləti fransalı referi Villi Delajo qoruyacaq. Yaşıl meydanda ona həmvətənləri Ervan Finjean və Valentin Evrard yan xətt hakimləri kimi dəstək olacaqlar. Dördüncü hakim funksiyası Erik Vattellierə həvalə edilib. Matçın VAR otağında Bastien Deşepi, AVAR qismində isə Nikolya Rainvill əyləşəcək.

Xatırladaq ki, “Sabah” və “Orhus” arasındakı cavab qarşılaşması avqustun 11-də “Bank Respublika Arena”da təşkil olunacaq. Komandalar arasında keçirilən ilk görüşdə Danimarka klubu 2:1 hesablı qələbəyə sevinən tərəf olub.