Laçın rayonunun Güləbird kəndinin su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi çərçivəsində su anbarının, su kəməri və tullantı su təmizləmə qurğuları meydançalarının xarici elektrik təchizatı işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqları yekunlaşdırıb.
Belə ki, bu işləri “Skyline Construction” şirkəti həyata keçirəcək.
Sözügedən işlərin icrasına 575 min manat vəsait sərf olunacaq.
