Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı İdman Sarayı dövlət qarşısında borca düşüb.
Gundelik.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata əsasən, Bakı İdman Sarayının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 4 377.46 manat vergi borcu var.
Qeyd edək ki, Bakı İdman Sarayının direktoru Ramil Hacı Qəşəm oğludur. 40 yaşlı R.Hacı bu vəzifəyə ötən ilin oktyabrında təyin olunub. O, daha əvvəl 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsində çalışıb.
