Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 ən böyük özəl şirkətin ixracı 558,2 milyon ABŞ dolları təşkil edib, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən (227,8 milyon ABŞ dolları) 2,4 dəfə və ya 330,4 milyon ABŞ dolları çoxdur.
Bu barədə Gundelik.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı “Azerbaijan International Mining Company Limited” MMC olub. Qeyd olunan dövrdə şirkət 184,5 milyon ABŞ dolları məbləğində ixrac (il ərzində artım 3,98 dəfə və ya 138,2 milyon ABŞ dolları) həyata keçirib.
Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:
|
Şirkət |
2026-cı ilin yanvar-iyun aylarında ixracın həcmi (milyon ABŞ dolları) |
2025-cı ilin yanvar-iyun aylarında ixrac həcmi (milyon ABŞ dolları) |
Faiz fərqi |
|
“Azerbaijan International Mining Company” MMC |
184,5 |
46,3 |
298,49% |
|
“Prime Cotton” MMC |
89 |
62,3 |
42,86% |
|
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC |
71,7 |
20,8 |
244,71% |
|
“Baku Steel Company” QSC |
45,1 |
28,9 |
56,06% |
|
“Prime LM” MMC |
32,5 |
0 |
– |
|
“Agrarco” MMC |
30,6 |
9,2 |
232,61% |
|
“Silk Way Airlines” MMC |
28,5 |
24,2 |
17,77% |
|
“West Stream” MMC |
26,3 |
0 |
– |
|
“Tabaterra” MMC |
25,6 |
15 |
70,67% |
|
“P-Agro” MMC |
24,4 |
21,1 |
15,64% |
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı 16,9 % artaraq 1,9 milyard ABŞ dollarına çatıb.
