İyul 28, 2026
Baku
Hadisə Xəbərlər

Çində bir gündə iki güclü zəlzələ olub

Çinin şimal hissəsində yerləşən Tsinxay əyalətində 5.8 və 5.6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

Gundelik.az xəbər verir ki, bu məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Məlumata əsasən, ilk yeraltı təkanın episentri təxminən 1.6 milyon əhalisi olan Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

İkinci zəlzələnin episentri isə eyni şəhərdən 249 km cənub-qərb istiqamətində qeydə alınıb, onun ocağı 15 km dərinlikdə yerləşib.

Hər hansı dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.