İyul 24, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qarabağda sağlam gələcəyə doğru növbəti addım

“Azərbaycan Pediatriya Cəmiyyəti İctimai Birliyi” nin dəstəyi ilə 24–25 iyul tarixlərində Qarabağ bölgəsinin Füzuli rayonunda genişmiqyaslı ödənişsiz tibbi müayinə aksiyası keçiriləcək.

Gundelik.az xəbər verir ki, aksiyanın əsas məqsədi bölgə sakinlərinin sağlamlığının qorunmasına töhfə vermək, xəstəliklərin erkən diaqnostikasını təşviq etmək, ixtisaslı həkim xidmətlərini əhali üçün daha əlçatan etmək və sağlam həyat tərzinin təbliğinə dəstək göstərməkdir.

Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə peşəkar həkimlər tərəfindən vətəndaşlar ödənişsiz müayinə olunacaq, onlara sağlamlıqlarının qorunması ilə bağlı tibbi məsləhətlər veriləcək. Zərurət yarandıqda isə əlavə müayinə və müalicə istiqamətində müvafiq tövsiyələr təqdim ediləcək.

İnsan sağlamlığı cəmiyyətin ən böyük sərvəti, sağlam gələcəyin isə möhkəm təməlidir. Bu baxımdan, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xüsusilə Qarabağ bölgəsində belə sosial əhəmiyyətli aksiyaların təşkili sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.

Tarix: 24–25 iyul

Məkan: Füzuli rayonu, Qarabağ bölgəsi.