İyul 21, 2026
Baku
Siyasət Xəbərlər

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Gundelik.az-ın xəbərə əsasən, Almaniyanın Kansleri Fridrix Merts dövlət başçısını qarşıladı.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verdi.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçdilər.