Qazaxda iki nəfər göldə boğulub.
Gundelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndi ərazisində yerlşən göldə qeydə alınıb.
Rayon sakini R.Xəlilov və onu övladı R.Xəlilova kənd ərazisində yerləşən göldə batıblar.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Onların meyitləri sudan çıxarılıb.
