Küveytin hava hücumundan müdafiə sistemləri İran tərəfindən ölkə ərazisinə yönəldilən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını almaq üçün fəaliyyətə başlayıb.
Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada bildirilib ki, hava hücumundan müdafiə sistemləri İran tərəfindən ölkə ərazisinə buraxılan PUA-lara qarşı cavab tədbirləri görür.
Açıqlamada ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hücumları zərərsizləşdirməsi nəticəsində yarandığı qeyd olunub.
Vətəndaşlara və ölkədə yaşayan xarici sakinlərə səlahiyyətli qurumların yaydığı təhlükəsizlik qaydalarına və rəsmi göstərişlərə əməl etmələri tövsiyə edilib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
