İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Paşinyan Rusiyaya səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya yollanıb.

Gundelik.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Yekaterinburqda keçirilən “İnnoprom-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Səfər proqramına əsasən, onun Rusiya Baş naziri Mixail Mişustinlə görüşü də nəzərdə tutulub.