Cənub-Şərqi Asiya ölkəsi olan Kambocanın Battambang vilayətində müsəlmanlar Qurban Bayramını böyük coşqu ilə qarşılayıblar.
Battambang şəhərində yerləşən Nuru İslam Məscidi və məscidin həyətinə toplaşan vətəndaşlar bayram namazı üçün sıraya düzülüblər.
Yerli geyimlərdə səhər tezdən məscidə gələn müsəlmanlar bayram namazını qılıb dua ediblər.
Bayram sevincinin hiss olunduğu məscid həyətində rəngarəng görüntülər yaranıb.
Namazdan sonra xütbə söyləyən məscidin imamı Qurban Bayramının əhəmiyyəti, həmçinin İslamın qardaşlıq və yardımlaşma anlayışı barədə camaata məlumat verib.
Namazdan sonra insanlar bir-birilərini bayram münasibətilə təbrik ediblər.
Digər tərəfdən, Türkiyə Dini İşlər İdarəsi və Türkiye Dini İşlər Vəqfi tərəfindən qurban kəsimi və paylanması üçün Battambanga gələn nümayəndələr də bayram namazı qılıb dua ediblər.
Türkiye Dini İşlər Vəqfi nümayəndə heyəti bayram namazından sonra uşaqlara müxtəlif hədiyyələr paylayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
