Burhanettin Duran Qurban Bayramı münasibətilə paylaşdığı mesajda bildirib: “Əziz millətimizin və bütün İslam aləminin Qurban Bayramını ən səmimi duyğularımla təbrik edir, bayramın ölkəmizə, bölgəmizə və bütün bəşəriyyətə huzur, bərəkət və xeyir gətirməsini arzulayıram.”
Duran sosial media hesabında paylaşdığı bayram mesajında qeyd edib ki, bayramlar insanların qəlblərinin bir-birinə daha da yaxınlaşdığı, qardaşlıq və həmrəylik hisslərinin gücləndiyi, birlik və bərabərlik ruhunun yenidən canlandığı xüsusi günlərdir.
O, mesajında bunları deyib:
“Əziz millətimiz əsrlərdir yaşatdığı köklü mənəvi dəyərlərlə hər bayramda eyni süfrə ətrafında toplanmağın, eyni duada birləşməyin huzurunu və bərəkətini paylaşır. Bu duyğularla əziz millətimizin və bütün İslam aləminin Qurban Bayramını ən səmimi duyğularımla təbrik edir, bayramın ölkəmizə, bölgəmizə və bütün insanlığa huzur, bərəkət və xeyir gətirməsini diləyirəm.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
