İyul 8, 2026
Baku
Elm və təhsil Ədəbiyyat Müsahibə Xəbərlər

Yenə gəldi distant təhsil, bəs biz buna hazırıqmı ?

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (“WUF13”) ilə əlaqədar yenidən distant təhsil gündəmə gəlib. Bundan əlavə, sentyabrdan etibarən azkomplektli məktəblərdə distant təhsil elementlərinin tətbiqi nəzərdə tutulur. Bu isə belə bir sual yaradır: Azərbaycan təhsil sistemi distant təhsilə həqiqətən hazırdırmı?
Azkomplektli məktəblərdə distant təhsilin təşkili ilə əlaqədar elm və təhsil naziri E. Əmrullayev bildirirdi ki, 6 məktəbdə pilot layihə icra edəvcəyik. Bunun necə olcağı və
səmərəsi haqqında məlumatımız yoxdur, amma ölkədə distant təhsilə hazırlıq məqsədi ilə bu illər ərzində heç nə edilmədiyini, normativ bazanın yoxluğunu nəzərə alsaq, pilot layihənin səmərəli olması az ehtimallıdır. Pandemiya dövrü göstərdi ki, təhsil sistemimiz fövqəladə hallara hazırlıqlı deyil. Halbuki distant təhsil anlayışı uzun illərdir həm normativ sənədlərdə, həm də “Təhsil haqqında” Qanunda mövcuddur. Lakin praktikada sistemli hazırlıq aparılmadı.
Distant təhsilə hazırlıq nədir?

Distant təhsilə hazırlıq təkcə kompüter, internet, LMS platforması demək deyil. Bu milli rəqəmsal ekosistem, rəqəmsal pedaqogika, data əsaslı idarəetmə, təlim analitikası, süni intellekt inteqrasiyası üzərində qurulan kompleks sistemdir. Hazırlıq səviyyəsi dövlət siyasətindən, texnoloji infrastrukturdan, müəllim hazırlığından, tələbələrin rəqəmsal savadlılığından birbaşa asılıdır.
Distant təhsilin əsas komponentləri
1. Rəqəmsal infrastruktur. Distant təhsilin əsasını sürətli internet, server sistemləri, cloud texnologiyaları, kibertəhlükəsizlik təşkil edir. Azərbaycanda əsas problemlərdən biri regionlararası rəqəmsal bərabərsizliyin qalmasıdır.
2. Təhsil müəssisələrinin texnoloji hazırlığı. Məktəb və universitetlər LMS platformaları, video-konfrans sistemləri, rəqəmsal kitabxanalar, virtual laboratoriyalar ilə təmin olunmalıdır. Əgər distant təhsil yalnız video-dərs və PDF paylaşımından ibarətdirsə, bu sistemli distant təhsil hesab edilə bilməz.
3. Müəllim hazırlığı. Ən kritik məsələ müəllimlərin rəqəmsal səriştəsidir. Müəllim rəqəmsal pedaqogikanı bilməli, interaktiv dərs dizayn etməli, distant qiymətləndirmə aparmalı, süni intellekt əsaslı platformalardan istifadə etməyi bacarmalıdır. Pandemiya göstərdi ki, bir çox ölkədə əsas problem texnologiya deyil, müəllim hazırlığıdır. Bundan ötəri müəllimlər üçün 63 və ya 72 saatlıq proqramlarla təlim aparılmalıdır.
4. Təhsilalanların hazırlığı. Şagird və tələbələrin rəqəmsal savadlılığı, özünüidarəetmə bacarıqları, distant öyrənmə kompetensiyaları, tədrisin keyfiyyətinə ciddi təsir edir.
5. Dövlət siyasəti və idarəetmə. Distant təhsil milli strategiya, normativ baza, monitorinq sistemi, keyfiyyət standartları tələb edir. Əgər dövlət distant təhsili müvəqqəti həll kimi görürsə, sistem dayanıqlı inkişaf edə bilməz. Distant təhsilə hazırlığın diaqnostikası. Hazırlığın qiymətləndirilməsi üçün texnoloji audit, məktəb və universitet monitorinqi, müəllim və tələbə sorğuları, learning analytics, beynəlxalq müqayisələr aparılmalıdır. Bu diaqnostika zəif tərəfləri aşkar etməyə, riskləriproqnozlaşdırmağa, strateji plan qurmağa imkan verir.
Süni intellekt və “smart education”. Müasir distant təhsil artıq data əsaslı, fərdiləşdirilmiş, SI dəstəklı modelə keçir. Learning analytics tələbə davranışlarını, akademik riskləri, performansı təhlil edir. SI sistemləri isə fərdi öyrənmə trayektoriyası qurur, uğursuzluq riskini proqnozlaşdırır, avtomatik tövsiyələr verir.
Azərbaycandakı əsas problemlər. Hazırda ölkədə bir sıra ciddi problemlər qalır:regionlarda internet keyfiyyətinin zəifliyi, cihaz çatışmazlığı, formal rəqəmsallaşma,
rəqəmsal pedaqogikanın zəifliyi, learning analytics sistemlərinin olmaması, milli platformaların parçalanması. Bir çox hallarda distant təhsil video-dərs və fayl paylaşımına çevrilir.
Hazırlıq səviyyəmiz hansı mərhələdədir? Məqalədə göstərildiyi kimi, Azərbaycanın distant təhsil sistemi əsasən “elementar səviyyə”yə uyğundur. Bu səviyyədə videodərslər, fayl paylaşımı, formal LMS istifadəsi mövcuddur. Halbuki inkişaf etmiş sistemlər artıq virtual laboratoriyalar, adaptiv təhsil, SI tutorlar, milli rəqəmsal ekosistemmərhələsinə keçirlər.
Gələcəyin təhsil modeli. Gələcəyin təhsil sistemi hybrid, adaptiv, SI əsaslı, fərdi olacaq. Məktəb və universitetlər yalnız fiziki məkan deyil, rəqəmsal öyrənmə platformalarına çevriləcək. Distant təhsil artıq sadəcə texnologiya məsələsi deyil, iqtisadiyyat, əmək bazarı, milli təhlükəsizlik, insan kapitalı məsələsinə çevrilib. Distant təhsilin effektivliyi yalnız texnologiyadan asılı deyil. Əsas məsələ bütün təhsil ekosisteminin rəqəmsal transformasiyasıdır. Azərbaycan üçün əsas vəzifə distant təhsili
müvəqqəti həll deyil, gələcəyin əsas təhsil modeli kimi qəbul etməkdir. Yalnız bu halda təhsilin əlçatanlığı artar, regionlararası fərqlər azalar, insan kapitalı güclənər, ölkənin qlobal rəqabət qabiliyyəti yüksələr.

Dos. İlham Əhmədov

Gundelik.az