İsrail mediasının verdiyi xəbərlərdə deyilir ki, bu fiber optik idarə olunan dronlar elektiron maneə sistemlərini netrallaşdırır və onları İsrail əsgərləri üçün “kabusa” çevirir. Məlumata görə, duronlar Dəmir Günbəz sistemlərini, tanklar və hərbi bazaları hədəf alır, İsrail əsgərləri isə torlar, ov tügəngləri və xüsusi sursatlarla özlərini qorumağa çalışırlar.
Məlumata görə Hizbullah İsrailin Livana hücumları 4 martda başlayandan bəri 80dən çox pilotsuz təyyarə hücumu həyata keçirib. Fiber obtik kabellər vasitəsi ilə idarə olunan FPV dronlarının siqnalın qarşısını almaq cəhtlarıa qarşı praktik olaraq təsirsiz olması İsrail ordusunun yerdəki zəifliyini artırır.
Hizbullahın yayınladığı görüntülərdə qərbi Qaliliyada yerləşən Dəmir Günbəz bateliyasının FPV pilotsuz təyyarəsi tərəfindən vurulduğu göstərilir. Başqa bir vidyoda İsrail tankının hədəfə alındığı, içəridəki əsgərlərin isə ərazidən uzaqlaşdığı gösdərilir.
İsrail mediasında danışan mənbələr Hizbullahın, xüsusən də hərbi hissələrə qarşı kiçik FPV dronlarından intensiv isdifadə etdiyini və İsrail daxilindəi bazaların da hədəfə alındığını bildirir. Mənbələr bəzi dronların Fiber obtik kabellər vasitəsi ilə idarə olunduğunu və siqnalın qarşısını almaq cəhdlərindən təsirlənmədiyini bildirir.
Bu hücumların yerə təsirinin də artdığını bildirir. Şimaldaki bir bazaya Hizbullahın hücumu nəticəsində bir İsrail əsgəri həlak olub, bir neçə nəfər yaralanıb. “The Times of İsrael” qəzeti ötən ay M548 hərbi daşıyıcısının vurulduğunu və nəticədə 12 əsgərin yaralandığını bildirib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
