İsraildə siyasi səhnədə ciddi dəyişiklik siqnalları verilir. Məlumatlara görə, sabiq baş nazir Naftali Bennett ilə müxalifət lideri Yair Lapid seçkilərə vahid blok şəklində qatılmaq qərarı veriblər. Bu addım hazırkı baş nazir Benjamin Netanyahu üçün ciddi siyasi risk yaradır.
Yeni yaradılan ittifaqın məqsədi parlamentdə (120 yerlik Knessetdə) ən azı 61 mandat qazanaraq hökuməti Netanyahusuz qurmaqdır. İsrail mediası bunu mümkün ssenari kimi qiymətləndirir və bildirir ki, bu birlik müxalifətin uzun müddətdir çatmadığı “kritik çoxluq” şansını artırır.
Sorğulara əsasən:
Bennettin siyasi platforması təxminən 24 mandat əldə edə bilər və bu, Netanyahunun rəhbərlik etdiyi Likudla başabaş rəqabət deməkdir
Lapidin partiyasının isə daha az – təxminən 7 mandat qazanacağı proqnozlaşdırılır
Bu ittifaqa müxalif düşərgədən dəstək verənlər var. Məsələn, sabiq müdafiə naziri Avigdor Lieberman bu birləşməni açıq şəkildə dəstəkləyib. Eyni zamanda digər siyasətçilər də bunu “ölkə üçün vacib addım” kimi qiymətləndirir.
Digər tərəfdən, hakim düşərgə və sağçı qüvvələr ittifaqı sərt tənqid edir:
Likud bunu “seçicini aldatmaq cəhdi” adlandırır
Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir və maliyyə naziri Bezalel Smotrich ittifaqı “solçu təhlükə” kimi təqdim edir
Qısa desək, bu birlik İsraildə siyasi balansı dəyişə biləcək gücdə görünür. Əsas sual isə belədir: Bennett sağçı elektoratı Lapidlə ittifaqa razı sala biləcəkmi? Bunun cavabı qarşıdakı seçkilərin nəticəsini müəyyən edəcək.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
