İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Oil rig, created with Generative AI technology

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,09 ABŞ dolları və ya 0,96% ucuzlaşaraq 112,02 ABŞ dollarına enib.

Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,15 dollar və ya 1,04% ucuzlaşaraq 108,94 ABŞ dolları təşkil edib.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,1 dollar və ya 0,12% azalaraq 86,29 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,37 dollar və ya 1,22% azalaraq 110,94 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.