Azərbaycan beynəlxalq sülh gündəliyini dəstəklədiyini Antalya Diplomatik Forumunda da brir daha nümayiş etdirir.
Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
H.Hacıyev Azərbaycanın öz siyasətində regional mənsubluğu tam şəkildə dəstəklədiyini vurğulayıb: “Regionun problemləri region ölkələri tərəfindən həll edilməlidir”.
