Əslində bayramın qeyd olunmasına səbəb olan tarixi hadisə aprelin 12-də baş vermişdir.
Belə ki, 1954-cü il aprelin 12-də Bill Xeyli adlı musiqiçi bu sahədə yeni istiqamətin başlanğıcını qoyan “Rock Around The Clock” sinqlini yazmışdır. Bu musiqi cəmiyyətə
və ənənlərə meydan oxuyaraq ABŞ-ın sərhədlərini aşmış və bütün ölkələrə və qitələrə yayılmışdır. Musiqidə bu istiqamətin yaradıcılarından biri də əfsanəvi Elvis Presli
olmuşdur. Onun geyim üslubu, hərəkətləri və davranışları onu yeniyetmə və gənclərin kumirinə çevirmişdir. 1960-cı illərin əvvəllərində rok-n-rollun yeni üslubu – pop-rok meydana gəlmişdir. Onun əsas nümyəndələri “Bitlz” qrpunun üzvləri, Liverpullu dördlük olmuşdur. Ötən illərin geniş yayılan rok musiqisi daha çox texniki, sürətli, güclü səslə müşayiət olunur.
Gundelik.az
