İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Cəlilabadda kanalizasiya nasos stansiyaları bərpa ediləcək

Cəlilabad şəhərində yerləşən 5 ədəd kanalizasiya nasos stansiyalarının istismarının bərpası işləri aparılacaq.

Bu barədə Gundelik.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.

Belə ki, agentliyin Regional Su Meliorasiya Xidməti bununla bağlı müvafiq hazırlıqlara strat verib.

Bu işlərə 352 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.