İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İrandan Doha və Dubay üçün təxliyə xəbərdarlığı

İran, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Qatarın paytaxtı Dohanın bəzi bölgələrinə hücum edilə biləcəyi barədə xəbərdarlıq edərək, həmin ərazilərdə yaşayan insanları bölgəni tərk etməyə çağırıb.

Fars Xəbər Agentliyində yayımlanan və İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan məlumatda, İran Silahlı Qüvvələrinin açıqlamasına yer verilib. Açıqlamada BƏƏ və Qətərdə bəzi bölgələrə hücum edilə biləcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Dubay və Dohanın müəyyən bölgələrində ABŞ zabit və hərbçilərinin gizləndiyi iddia olunur və buna görə həmin ərazilərə hücum edilə bilər. Bu səbəbdən həmin ərazilərdə yaşayan insanlardan ən qısa zamanda bölgəni tərk etmələri istənilib.

Bəyanatda həmçinin belə deyilir:

“İran Silahlı Qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, rəhbərləriniz amerikalı terrorçulara sığınacaq verdi və torpaqlarınızın İrana qarşı hücum üçün istifadə olunmasına icazə verdi.”

Yayımlanan görüntüdə isə Dohanın Lusail, Al Waab və Ain Khalid bölgələrində hədəf ola biləcək yerlərin işarələndiyi görülüb.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az