İsveçdəki Karolinska İnstitutu tərəfindən aparılan araşdırmaya görə, 10 yaşdan kiçik uşaqlar arasında autizm diaqnozu qoyulmuş hər qıza dörd oğlan düşürdü. Lakin bu fərq zamanla azalıb. Araşdırmaya görə, 20 yaşına çatanda autizm diaqnozu qoyulmuş qız və oğlanların sayı demək olar ki, bərabər olub. Bu, qızların ümumiyyətlə oğlanlardan daha gec diaqnoz qoyulduğunu göstərir. Tədqiqatçılar 1985-2020-ci illər arasında İsveçdə doğulan 2,7 milyon insanı müayinə ediblər. Bu şəxslərin 2,8 faizinə 2 ilə 37 yaş arasında autizm diaqnozu qoyulub. British Medical Journal-da dərc olunan tədqiqatın aparıcı müəllifi Dr. Caroline Fyfe, yeniyetməlik dövründə, xüsusən də qızlarda diaqnozların artdığını müşahidə etdiklərini söyləyir. Fayfe görə, bu artım ən çox 15-19 yaşlı qızlarda müşahidə olunub. Bu, zamanla oğlan və qızlar arasında diaqnoz nisbətindəki fərqin azalmasına səbəb olub. Bununla bağlı Fayfe bildirir ki, “20 yaşına çatanda autizm diaqnozu qoyulmuş qız və oğlanların sayının demək olar ki, bərabər olduğunu gördük. Başqa sözlə, yetkinlik yaşına çatdıqca cinslər arasında əhəmiyyətli bir fərq yoxdur.”
Qlobal Vəziyyət
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2021-ci ildə dünyada təxminən hər 127 nəfərdən birində autizm olub. Lakin autizmin yayılması ölkədən ölkəyə çox dəyişə bilər. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə kifayət qədər məlumat yoxdur.
Mənbə;BBC
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
