İraqdakı silahlı şiə qruplarının çətir təşkilatı olan Iraq Islamic Resistance ABŞ-a məxsus KC-135 tipli yanacaq doldurma təyyarəsini vurduğunu iddia edərək hadisəyə görə məsuliyyəti üzərinə götürdü. ABŞ ordusuna məxsus KC-135 tipli yanacaq doldurma təyyarəsinin İraqda qəzaya uğradığının açıqlanmasından sonra İraqdakı silahlı şiə qruplarının çətir təşkilatı olan Iraq Islamic Resistance diqqət çəkən bir iddia irəli sürdü.
Telegram üzərindən yayımlanan mesajda təşkilat hücumun məsuliyyətini üzərinə götürərək üzvlərinin təyyarəni hava hücumundan müdafiə sistemləri ilə hədəfə aldığını və bunun nəticəsində təyyarənin düşdüyünü iddia edib.
ABŞ təyyarəsinin düşdüyünü açıqlamışdı
United States Central Command (CENTCOM) ABŞ ordusuna məxsus KC-135 tipli yanacaq doldurma təyyarəsinin İraqda qəzaya uğradığını açıqlamışdı. Bildirilmişdi ki, qəza Operation Epic Fury zamanı dost hava məkanında baş verib və xilasetmə işləri davam edir.
Açıqlamada qeyd olunub ki, hadisəyə iki təyyarə qarışıb:
Onlardan biri İraqın qərbində qəzaya uğrayıb,
Digəri isə təhlükəsiz şəkildə eniş edib.
Həmçinin vurğulanıb ki, qəza nə düşmən atəşi, nə də dost atəşi nəticəsində baş verməyib. Əlavə məlumatlar ortaya çıxdıqca ictimaiyyətə təqdim ediləcəyi bildirilib.
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
