“Körpü-Tikinti-1” MMC ləğv olunduğunu elan edib.
Gundelik.az bu barədə şirkətə istinadən xəbər verir.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, Abşeron rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 31-ci məhəllə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Körpü-Tikinti-1” şirkəti 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin qanuni təmsilçisi Babayeva Səbinə Mətləb qızıdır.
