İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ÜST Yaxın Şərq üçün nüvə xəbərdarlığı edir: İctimai sağlamlıq üçün ciddi nəticələr ola bilər

Qebreyesus və ÜST-nin Şərqi Aralıq dənizi üzrə regional direktoru H.Balxi bu sözləri ÜST-nin əfdəlik mətbuat konfransında deyib.

ABŞ və İsrailin hədəfində olan İran və Yaxın Şərqdəki qarşıdurmalardan çox narahat olduqlarını qeyd edən Qebreyesus, “16 ölkəni əhatə edən qarşıdurmalarda indiyə qədər İranda 1000, Livanda 50, İsraildə 13, digər Körfəz ölkələrində iaə 11 ölüm qeydə alınıb” dedi.

Qebreyesus ÜST-nin İran və Livanda səhiyyə xidmətlərinə bəzi hücumları təsdiqlədiyini xatırladıb və səhiyyə xidmətlərinin beynəlxalq hümanitar hüquq çərçivəsində qorunmalı olduğunu qeyd edib.

Ghebreyesus, İsrailin Livanın cənubunda verdiyi “təxliyə əmrləri” səbəbindən ən azı 1 milyondan daha çox insanın hərəkətdə ola biləcəyinin təxmin edildiyini ifadə etdi. O, həmçinin nüvə obyektlərinin təsirə məruz qalması təhlükəsinin narahatlıq doğurduğunu deyib və əlavə edib ki,nüvə təhlükəsizliyini təhlükə altına almaq ictimai sağlamlıq üçün ciddi təticələrə gətirib çıxara bilər.

Ghebreyesus, ÜST-nin qlobal sağlamlıq fövqaladə halları üçüm loqistika mərkəzi olan Dubaidəki əməliyyatların təhlükəsizlik problemləri səbəilə hazırda dayandırıldığı məlumatını paylaşdı.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az